Yuxarı

İtaliya Futbol Federasiyasının prezidenti A Seriyasında komanda sayının azaldılmasını təklif edib

Karlo Tavekkio: Komandaların sayı 20-dən 18-ə endirilməlidir

Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında 2016-2017-ci il mövsümündə komandaların sayı azaldıla bilər. "Report"un məlumatına görə, belə bir təkliflə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio çıxış edib. 

O bildirib ki, A Seriyasında komandaların sayı 20-dən 18-ə endirilməlidir: "2015-ci ildə biz bunların hamısının necə baş verməli olduğunu düşünməliyik. 2016-2017-ci il mövsümü üçün klub sayının ixtisara salınmasına dair sorğu keçirmək niyyətindəyik".

Qeyd edək ki, sonuncu dəfə İtaliyanın yüksək liqasında 2003-2004-cü il mövsümündə 18 komanda mübarizə aparıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi