İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər

İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər.
Futbol
5 Noyabr , 2019 23:14
İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər

İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər.

"Report"un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina açıqlama verib. 

Qravina bu məqsədlə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, IFAB-dan ölkə çempionatı matçlarında oyunçu dəyişikliklərinin miqdarını 3-dən 5-ə qaldırmaları xahiş olunub. 

Hazırda İtaliyada 5-dək əvəzləməni yalnız III və IV Divizionlarda etmək mümkündür.

Qeyd edək ki, A Seriyasında 11 turdan sonra 29 xal toplayan "Yuventus" turnir cədvəlinə başçılıq edir. İlk "3-lük"dəki "İnter"in 28, "Roma"ın 22 xalı var.

Son xəbərlər

Orphus sistemi