Yuxarı

İtaliya A Seriyasında çıxış edən klubun 3 xalı silinib

İtaliya A Seriyasında çıxış edən klubun 3 xalı silinib

Bakı. 13 sentyabr. REPORT.AZ/ İtaliya A Seriyasında mübarizə aparan “Kyevo”nun aktivindən 3 xal silinib və klub 200 min avro məbləğində cərimələnib.

“Report” xəbər verir ki, İtaliya klubu maliyyə fırıldaqçılığına görə cəzalanıb.

Daha əvvəl İtaliya Futbol Federasiyası “Kyevo”nun prezidenti Luka Kampidellini futboldan 3 illik uzaqlaşdırmışdı.

Qeyd edək ki, cərimə tətbiq olunduqdan sonra “Kyevo” komandası A Seriyasında -2 xal ilə sonuncu pillədə qərarlaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi