Yuxarı

İtaliya A Seriyası: "Yuventus" Milan"ı məğlub edib

İtaliya A Seriyası: "Yuventus" Milan"ı məğlub edib

Futbol üzrə İtaliya A Seriyasında XII turun mərkəzi görüşü "Yuventus" və "Milan" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Turindəki "Alyans Stadium"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 77-ci dəqiqədə Paulo Dibala vurub.

Argentinalı hücumçu meydana 55-ci dəqiqədə Kriştianu Ronaldunun yerinə daxil olub. Portuqaliyalı forvard əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına yollanıb.

Ronaldu noyabrın 3-də Rusiyanın paytaxtı Moskvadakı Çempionlar Liqasının qrup mərhələsinin "Lokomotiv"ə qarşı IV tur qarşılaşmasının sonlarında da əvəzlənib. Həmin vaxt o, ehtiyat oyunçular skamyasına gələrkən, baş məşqçi Mauritsio Sarrinin əlini sıxmayıb.

Bu qələbə sayəsində xallarını 32-yə çatdıran "Yuventus" liderliyini davam etdirib. "Milan" isə 13 xalla 14-cüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi