İtaliya A Seriyası yenidən təxirə salınır

İtaliya A Seriyası yenidən təxirə salınır İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə təxirə salındığı mayın 3-də başlamayacaq.
Futbol
29 Mart , 2020 18:40
İtaliya A Seriyası yenidən təxirə salınır

İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə təxirə salındığı mayın 3-də başlamayacaq.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib.

Onun sözlərinə görə, liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcək: "A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. Turnir cədvəlinə 26 turdan sonra 63 xalla "Yuventus" başçılıq edir.

Son xəbərlər

Orphus sistemi