Yuxarı

İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırıb

İsveçrə klubu futbolçularını hərbi toplanışla cəzalandırıb
Komanda üzvləri arasında türkiyəli yarımmüdafiəçi də var

Bakı. 8 yanvar. REPORT.AZ/ İsveçrə "Syon"unun rəhbərliyi mövsümün ilk yarısının sonuncu pillədə başa vuran komandanın futbolçularını cəzalandırıb. 

"Report"un məlumatına görə, klub prezidenti Kristian Konstantinin əmri ilə bütün heyət Fransanın cənubunda keçirdikləri hazırlıq prosesi zamanı hərbi rejimli toplanışa cəlb olunub.

Futbolçular baş məşqçi Qabi Qarsiyanın rəhbərliyi altında məşqlərə hər səhər saat 5:30-da bellərində çanta ilə qaçaraq start verirlər. Məşqlərə bir nəfər geciksə, bütün komanda cəzalanır. Onlar konserv yeyərək, dolanırlar. Bəzi oyunçular əvvəlcə bu qaydalardan qorxsalar da, get-gedə alışmağa başlayıblar. Baş məşqçi də eyni şərtlər altında çalışır.

Qeyd edək ki, İsveçrə Super Liqasında 19 turdan sonra "Sion" 17 xalla 10 komanda arasında sonuncu pillədə yer alıb. Komandanın heyətində müqavilə üzrə Türkiyə "Fənərbağça"sına məxsus Salih Uçan da yer alıb. 24 yaşlı yarımmüdafiəçi yanvarın 6-da doğum gününü məhz hərbi rejimdə keçirib.     

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi