İsveçrə jurnalında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu haqqında məqalə dərc olunub

İsveçrə jurnalında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu haqqında məqalə dərc olunub İsveçrənin “Le Matin Dimanche” jurnalında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu haqqında yazı dərc olunub.
Futbol
28 May , 2019 11:05
İsveçrə jurnalında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu haqqında məqalə dərc olunub

İsveçrənin “Le Matin Dimanche” jurnalında Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu haqqında yazı dərc olunub.

“Report”un məlumatına görə, “Güclü Bakı futbolda öz yerini möhkəmləndirməyi arzulayır” adı altında çap olunan materialda final matçından əlavə, Bakının AVRO-2020-yə ev sahibliyi edəcəyindən, SOCAR və UEFA-nın əməkdaşlığından və digər məqamlara söhbət açılıb.

Bildirilir ki, Rusiya, Qətər, Çin və BƏƏ kimi Azərbaycan da futbol sahəsinə son illərdə çox böyük diqqət ayırır.

Məqalədə Cenevrə Universitetinin urbanizm sahəsi üzrə doktorant-elmi nümayəndəsi, Tural Əliyevin fikirlərinə də yer ayrılıb. O, Bakıda keçirilən idman oyunlarına daha geniş prizmadan baxmağa dəvət edərək, idman yarışlarını bir alət və bir işıqlandırma vasitə olduğunu kimi gördüyünü qeyd edib. Yarışların dialoq vasitəsi, mədəniyyət, siyasət və eyni zamandan urbanizmdən də danışmaq imkanı yaratdığını söyləyib.

T.Əliyev idman oyunlarını keçirmək üçün Bakının timsalında urbanizm sahəsinin önəmini vurğulayıb. Şəhər quruculuğu modelinin dünya ictimaiyyətinə idman pəncərəsindən çatdırılması ilə Bakı şəhər brendinin yaradılması formasının danışılır: “Məsələn, göydələnlərin ucalması, emblematik binaların ərsəyə gəlməsi, ictimai yerlər və parkların salınması, həmçinin Bakı Olimpiya Stadionunun tikilməsi bir növ şəhərin gücünün və əzəmətinin, iqtisadi inkişafın tərənnümünün və əlavə kapitalın cəlb olunması işi aydın şəkildə görsənir”.

Qeyd edək ki, fransız dilində nəşr olunan “Le Matin Dimanche” jurnalı 500 mindən artıq oxucu kütləsilə İsveçrənin ən məhşur mətbuat orqanlarından biridir. Mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi