İsveçrə Baş Prokurorluğu Almaniyanın əfsanəvi futbolçusuna qarşı cinayət işi açıb

İsveçrə Baş Prokurorluğu Almaniyanın əfsanəvi futbolçusuna qarşı cinayət işi açıb Ona qarşı "çirkli pulların yuyulması" və "qanundankənar varlanma" ittihamları irəli sürülüb
Futbol
1 Sentyabr , 2016 15:49
İsveçrə Baş Prokurorluğu Almaniyanın əfsanəvi futbolçusuna qarşı cinayət işi açıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ İsveçrə Baş Prokurorluğu Almaniyanın keçmiş futbolçusu Frants Bekkenbauerə qarşı antikorrupsiya istintaqına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Almaniya KİV-in bu barədə yaydığı məlumatı İsveçrənin istintaq idarəsi təsdiqləyib.

F.Bekkenbauerə qarşı "çirkli pulların yuyulması" və "qanundankənar varlanma" ittihamları irəli sürülüb.

O, 2006-cı ildə Almaniyada keçirilən futbol üzrə dünya çempionatının Təşkilat Komitəsinə başçılıq edib.

Qeyd edək ki, bu ilinin fevralında FİFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun 71 yaşlı əfsanəsi Frants Bekkenbaueri 7 min İsveçrə frankı məbləğində cərimələyib. Səbəb kimi Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozması göstərilmişdi. Keçmiş futbolçu komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə Komitənin Nizamnaməsinin uyğun maddəsinin pozulması deməkdir.

Son xəbərlər

Orphus sistemi