İsveçlilərin mundial sevinci: futbolçular canlı yayımda olan "Eurosport" şərhçilərinin üzərinə atılıblar - VİDEO

İsveçlilərin mundial sevinci: futbolçular canlı yayımda olan "Eurosport" şərhçilərinin üzərinə atılıblar - VİDEO Şərhçilərin üzərinə atılan futbolçular efir üçün quraşdırılmış dayağı aşırıblar
Futbol
14 Noyabr , 2017 07:32
İsveçlilərin mundial sevinci: futbolçular canlı yayımda olan Eurosport şərhçilərinin üzərinə atılıblar - VİDEO

Bakı. 14 noyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına çıxmaq hüququ uğrunda keçirilən İtaliya-İsveç "play-off" matçının sonunda maraqlı hadisə baş verib.

“Report” xəbər verir ki, hakimin iki oyunun nəticəsinə görə İsveçin qalibiyyətini elan edən final fitindən sonra Skandinaviya komandasının futbolçuları öz sevinclərini bölüşmək üçün canlı yayımda olan "Eurosport" telekanalının jurnalistləri tərəfə qaçıblar.

Şərhçilərin üzərinə atılan futbolçular efir üçün quraşdırılmış dayağı aşırıblar. Baş verənlər canlı yayımlanıb.

Noyabrın 13-də keçirilən matç zamanı İsveç futbolçuları iki oyunun nəticəsinə görə (1:0 və 0:0) İtaliyanı mübarizədən kənarlaşdıraraq dünya çempionatına vəsiqə qazanıblar.

Son xəbərlər

Orphus sistemi