Yuxarı
    Bağlamaq

    İsveç yığmasının baş məşqçisi: "Bakıya gəlməmişdən problemlərimiz var idi"

    Maqnus Vikman: İngilrərə və Fransa qrupumuzun favoritləridir

    Bakı. 5 may. REPORT.AZ/ "Azərbaycana gələndən hər şey qaydasındadır. Əslində problemlər gəlməmişdən var idi. Bəzi futbolçularımız zədəli idi, bəzilərinə isə klubları icazə vermirdi. Ancaq istədiyimiz 18 futbolçu hazırda Bakıdadır". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsveçin 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Maqnus Vikman bu gün Bakıda start götürəcək Avropa çempionatı barədə danışarkən, deyib.

    45 yaşlı mütəxəssis çox güclü qrupa düşdüklərini bildirib: "Həm Fransa, həm Danimarka, həm də İngiltərə çempionatda qalib gələcək qədər güclüdür. Ancaq biz də zəif komanda deyilik və rəqiblərimizin hər biri ilə mübarizə aparmaq iqtidarındayıq. Məqsədimiz qrupdan çıxmaqdır. Ancaq fikrimcə, İngiltərə və Fransa qrupumuzun favoritləridir".

    Qeyd edək ki, İsveç millisi ilk görüşünü mayın 6-da İngiltərəyə qarşı keçirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi