Yuxarı

​İsveç millisi Avro-2016 üçün heyətini açıqlayıb

Komanda Sen-Nazer şəhərində qərarlaşacaq

Bakı. 12 may. REPORT.AZ/ İsveç yığmasının baş məşqçisi Erik Xamren Avropa-2016 çempionatında iştirak edəcək 23 futbolçudan ibarət yekun heyəti açıqlayıb.

"Report" xəbər verir ki, komanda çempionat zamanı Fransanın qərbində yerləşən Sen-Nazer şəhərində qərarlaşacaq.

Qapıçılar:

Andreas İsaksson ("Kasımpaşa", Türkiyə), Patrik Karlqren (AİK), Robin Olsen ("Kopenhagen", Danimarka)

Müdafiəçilər:

Lüdviq Auqustinsson, Erik Yohansson (hər ikisi "Kopenhagen", Danimarka), Andreas Qrankvist ("Krasnodar", Rusiya), Pontus Yansson ("Torino", İtaliya), Viktor Nilsson Lindelef ("Benfika", Portuqaliya), Martin Olsson ("Norviç", İngiltərə), Mikael Lustiq ("Seltik", Şotlandiya)

Yarımmüdafiəçilər:

Cimmi Durmaz ("Olimpiakos", Yunanıstan), Albin Ekdal ("Hamburq", Almaniya), Emil Forsberq ("Red Bull Leypsiq", Almaniya), Oskar Hilyemark ("Palermo", İtaliya), Kim Çelstrem ("Qrasshoppers", İsveçrə), Sebastyan Larsson ("Sanderlend", İngiltərə), Pontus Verbloom (MOİK Moskva, Rusiya), Oskar Levitski ("Malmö"), Erkan Zengin ("Trabzonspor", Türkiyə)

Hücumçular:

Zlatan İbrahimoviç (PSJ, Fransa), Markus Berq ("Panatinaikos", Yunanıstan), Emir Kuyoviç ("Norrçepinq"), Yon Qvidetti ("Selta", İspaniya).

Avro-2016-nın final hissəsi üzrə keçirilən püşkatmanın nəticələrinə görə, İsveç yığma komandası Belçika, İtaliya və İrlandiya ilə eyni qrupa düşüb.

Avropa çempionatı-2016 10 iyun-10 iyul tarixlərində Fransada keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi