Yuxarı

İstanbul derbisinin keçiriləcəyi stadion müəyyənləşib

Komandalar İstanbulda yerləşən Olimpiya Stadionunda üz-üzə gələcək

Bakı. 15 dekabr. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının XVI turunda "Beşiktaş" və "Qalatasaray" klubları arasında keçiriləcək İstanbul derbisinin keçiriləcəyi stadion müəyyənləşib. 

"Report"-un məlumatına görə, komandalar İstanbulda yerləşən "Olimpiya Stadionu"nda üz-üzə gələcək.

Bu barədə "Beşiktaş" klubunun prezidentinin ikinci köməkçisi Ahmet Nur Çebi yerli mətbuatında açıqlamasında bildirib. Klub rəsmisi təxminən 70 min azarkeşin sözügedən derbini izləyəcəyini dilə gətirib.

A.Çebi açıqlamasında Türkiyə Futbol qurumunda "Beşiktaş"a qarşı müsbət münasibətin olmadığını da söyləyib. O, təmsil etdiyi klubun uğurlu yolda olduğunu və hər stadionda oynaya biləcəyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi