İsrailli milyarder "Atletiko"nun səhmlərinin bir hissəsini almaq üçün danışıqlar aparır

İsrailli milyarder "Atletiko"nun səhmlərinin bir hissəsini almaq üçün danışıqlar aparır Bakı. 16 noyabr. REPORT.AZ/ İsrailli milyarder İdan Ofer Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Atletiko” klubunun səhmlərinin 10-15 faizini əldə etmək üçün danışıqlar aparır.
Futbol
16 Noyabr , 2017 10:28
İsrailli milyarder Atletikonun səhmlərinin bir hissəsini almaq üçün danışıqlar aparır

Bakı. 16 noyabr. REPORT.AZ/ İsrailli milyarder İdan Ofer Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Atletiko” klubunun səhmlərinin 10-15 faizini əldə etmək üçün danışıqlar aparır.

“Report” "AS"a istinadən xəbər verir ki, sövdələşmənin dəyəri 500-700 milyon avro həcmində qiymətləndirilir.

Danışıqlar müsbət yekunlaşacağı təqdirdə “Kenon Holdings” korporasiyasının sahibi olan 62 yaşlı biznesmen “Atletiko”nun minoritar səhmdarlarından olacaq. Bu isə o deməkdir ki, İ.Ofer klubun idman fəaliyyətinə müdaxilə edə bilməyəcək.

Qeyd edək ki, “Atletiko”nun səhmlərinin 54,64 faizi klubun icraçı direktoru Migel Anhel Gil Marinə, 20 faizi Çinin “Wanda” şirkətinə, 17,9 faizi Madrid təmsilçisinin prezidenti Enrike Seresoya, qalanları isə minoritar səhmdarlara məxsusdur. Klubun borclarının böyük qismi - 279 milyon avrosu M.A.Marinlə E.Seresonun üzərindədir. “Atletiko” rəhbərliyi borcların bir hissəsini bağlamaq üçün klubun əvvəlki stadionu “Visente Kalderon”un yerləşdiyi torpaq sahəsini satmaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi