İsrail klubu "Neftçi" ilə oyunlar üçün iki legioner sifariş edib

İsrail klubu "Neftçi" ilə oyunlar üçün iki legioner sifariş edib İsrailin Bney Yehuda komandası Avropa Liqasının III təsnifat mərhələsində Neftçi ilə keçirəcəyi oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.
Futbol
5 Avqust , 2019 18:06
İsrail klubu Neftçi ilə oyunlar üçün iki legioner sifariş edib

İsrailin "Bney Yehuda" komandası Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yossi Abukasis heyətə 25 futbolçu – 3 qapıçı, 10 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu daxil edib. Onlardan 2-si legionerdir.

Qapıçılar: 1. Emiliyus Zubas (Litva), 22. Şahar Amsalem, 55. Yehonatan Şabi

Müdafiəçilər: 3. Din Mori, 4. Ben Ari, 5. Daniel Felczer, 6. Amir Rustom, 14. Nir Gvili, 16. Avişay Koen, 17. İtzik Azuz, 40. Natanel Amuyal, 50. Saqiv Çohen, 77. Şemor-Tsaadon

Yarımmüdafiəçilər: 7. Dor Koçav, 8. Şay Mazor, 10. Amit Zenati. 15. Ariel Lazmi, 18. Eytan Velblum, 19. İsmaila Soro, (Kot dİvuar), 21. Tambi Saqas, 23. Ben Şimoni, 60. Emil Edri

Hücumçular: 9. Dor Yan, 11. Mohammed Qadir, 26. Ben Şimon

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi