​İspaniyanın "Sevilya" klubu Avropa Liqasının qalibi olub - FOTO - VİDEO

​İspaniyanın "Sevilya" klubu Avropa Liqasının qalibi olub - FOTO - VİDEO Klub tarixində dördüncü dəfə sözügedən kuboka sahib çıxıb
Futbol
28 May , 2015 01:44
​İspaniyanın Sevilya klubu Avropa Liqasının qalibi olub - FOTO - VİDEO

Bakı. 28 may. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının final mərhələsi keçirilib.

"Report" xəbər verir ki, finalda İspaniyanın "Sevilya" və Ukraynanın "Dnepr" klubları üz-üzə gəlib.

Maraqlı keçən qarşılaşmada ispanlar 3:2 hesabı ilə üstün olublar. "Sevilya" ikinci il ardarda və tarixində dördüncü dəfə Avropa Liqası Kubokuna sahib çıxıb.

Avropa Liqası. Final

"Dnepr" (Ukrayna) - "Sevilya" (İspaniya) – 2:3

Qollar: Kaliniç, 7 (1:0); Krıxovyak, 28 (1:1); Bakka, 31 (1:2); Rotan, 44 (2:2); Bakka, 73 (2:3). 

Son xəbərlər

Orphus sistemi