İspaniya millisi 19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi olub.
"Report"un məlumatına görə, həlledici qarşılaşmada rəqib Portuqaliya olub.
İspaniya Ferran Torresin 34 və 51-ci dəqiqələrdə vurduğu qollarla qalib gəlib.
Bürünc medallara isə yarımfinalda İspaniyaya penaltilər seriyasında 3:4 hesabı ilə uduzan Fransa və Portuqaliyanın 4:0 hesabı ilə darmadağın etdiyi İrlandiya sahib çıxıb.