İspaniyanın "Real Madrid" klubu yeni rekorda imza atıb

İspaniyanın "Real Madrid" klubu yeni rekorda imza atıb Komandanın məğlubiyyətsizlik seriyası 40-a çatıb
Futbol
13 Yanvar , 2017 13:54
İspaniyanın Real Madrid klubu yeni rekorda imza atıb

Bakı. 13 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" komandası yeni rekorda imza atıb. 

"Report"un məlumatına görə, bu ölkə kubokunun 1/8 final mərhələsində "Sevilya" ilə keçirilən ev oyununda baş verib.

Belə ki, 3:3 hesabı ilə başa çatan oyundan sonra Madrid təmsilçisi məğlubiyyətsizlik seriyasını 40-a çatdırıb. Bununla da Zinəddin Zidanın rəhbərlik etdiyi komanda "Barselona"nın rekordunu yeniləyib. Kataloniya təmsilçisində bu göstərici 39-dur.

Qeyd edək ki, ilk görüşdə 3:0 hesablı qələbə qazanan "Real Madrid" 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi