Yuxarı

İspaniyanın "Barselona" klubu 16 il ərzində ilk dəfə yetirmələri olmadan oyuna çıxıb

İspaniyanın "Barselona" klubu 16 il ərzində ilk dəfə yetirmələri olmadan oyuna çıxıb

Bakı. 18 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu böyük fasilədən sonra ilk dəfə start heyətində yetirmələri olmadan oyuna çıxıb.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi İspaniya La Liqasının 33-cü turunda "Selta" ilə matçda (2:2) 16 illik seriyasını qırıb. 

Sözügedən görüşün start heyətində "Barselona"nın yetirməsi olmayıb. Klub akademiyasının üzvlərindən Andres İnyesta və Jerar Pike oyunun iştirak ərizəsinə salınmayıb. Serxio Roberto və Lionel Messi isə ikinci hissədə meydana daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi