Yuxarı

Məşhur qapıçı prezidentliyə namizədliyini elan etdi

İspaniyalı qapıçı "Twitter" hesabından namizədliyini rəsmən elan edib

582

Portuqaliyanın "Portu" klubunun futbolçusu İker Kasilyas İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti vəzifəsinə namizədliyini açıqlayıb.

"Report"un məlumatına görə, ispaniyalı qapıçı özünün "Twitter" hesabından namizədliyini rəsmən elan edib.

38 yaşlı qolkiper ona dəstək olan insanlara təşəkkürünü bildirib. "Sevginizə və dəstəyinizə görə çox sağ olun. Namizədliyimiz üzərində maksimum hörmət və qətiyyətlə çalışırıq. 23 min nəfərdən çox seçici bizi ədalətli seçkilərdə gözləyir", - Kasilyas sosial şəbəkədə yazıb.

Federasiya prezidentliyinə seçkilər cari ilin payızında keçiriləcək. 

Qeyd edək ki, 2019-cu ildə məşqdə infarkt keçirən Kasilyasın futbolçu karyerasını başa vuracağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi