İspaniyalı hücumçu Yaponiya klubuna keçib

İspaniyalı hücumçu Yaponiya klubuna keçib Bakı. 10 iyul. REPORT.AZ/ İspaniyanın Atletiko (Madrid) klubunun futbolçusu Fernando Torres karyerasını Yaponiyada davam etdirəcək.
Futbol
10 İyul , 2018 12:34
İspaniyalı hücumçu Yaponiya klubuna keçib
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ İspaniyanın "Atletiko" (Madrid) klubunun futbolçusu Fernando Torres karyerasını Yaponiyada davam etdirəcək.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu "Saqan Tosu" klubu ilə müqavilə imzalayıb. Sözləşmənin detalları hələlik bəlli deyil. 

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Fernando Torres 2001 - 2007 və 2015 - 2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. Təcrübəli forvard həmçinin İngiltərənin "Liverpul" və "Çelsi", eləcə də İtaliyanın "Milan" klublarının formalarını geyinib. 

Son xəbərlər

Orphus sistemi