İspaniyadakı futbolçular maaşlarının azaldılmasını istəmədilər

İspaniyadakı futbolçular maaşlarının azaldılmasını istəmədilər İspaniya La Liqası və Sequndada çıxış edən komandaların kapitanları koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarının azaldılması fikri ilə razılaşmayıblar.
Futbol
29 Mart , 2020 11:15
İspaniyadakı futbolçular maaşlarının azaldılmasını istəmədilər

İspaniya La Liqası və Sequndada çıxış edən komandaların kapitanları koronavirus pandemiyası səbəbindən futbolçuların maaşlarının azaldılması fikri ilə razılaşmayıblar.

“Report” “Sport.es” saytına istinadən xəbər verir ki, İspaniya Futbolçular Birliyinin prezidenti David Aqanso komandaların kapitanları ilə söhbət edib. Oyunçular maaşlarının azaldılmasına qarşı çıxıblar.

İspaniya qanunlarına görə, fors-major hallarda hansısa müəssisə gəlir əldə bilmədiyi təqdirdə, maaşlar 70 faiz azaldıla bilər.

Qeyd edə ki, daha öncə “Barselona”, “Espanyol” və “Alaves”in məvacibləri azaltdığı bildirilib. “Barselona”nın oyunçuları bu qərarla razılaşmayıblar. İspaniyanın digər nəhəng klubu “Real Madrid” isə oyunçularının maaşlarını azaltmağı planlaşdırmır. 

Sequndada çıxış edən "Albasete" komandasının heyətində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb.     

Son xəbərlər

Orphus sistemi