​İspaniyada klub prezidenti cəzalandırılıb

​İspaniyada klub prezidenti cəzalandırılıb Məhkəmə klubun ötən mövsüm müəyyən edilən büdcəsində yeyintilərin olduğunu aşkarlayıb
Futbol
25 Fevral , 2015 15:41
​İspaniyada klub prezidenti cəzalandırılıb

Bakı. 25 fevral. REPORT.AZ/ İspaniya Peşəkar Futbol Liqasının (LFP) şikayəti əsasında La Liqada mübarizə aparan "Elçe"nin prezidentinə qarşı sərt sanksiya tətbiq olunacaq. 

"Report"un İspaniya KİV-inə istinadən verdiyi məlumata görə, məhkəmə klubun ötən mövsüm müəyyən edilən büdcəsində yeyintilərin olduğunu aşkarlayıb.

Bu səbəbdən prezident Xose Sepulkre Kovesin klubla bütün əlaqələrinə son verməsi tələb olunub. Bundan başqa, Kovesə 90 min avro nağd pul cəzası kəsilib.

Klub rəhbəri məhkəmənin qərarını qəbul etməyərək etiraz edəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi