Yuxarı

​İspaniyada keçirilən bütün futbol çempionatları dayandırılıb

Ölkənin Futbol Federasiyası hökumət ilə yayım haqqında razılığa gələ bilməyib

Bakı. 7 may. REPORT.AZ/ İspaniya Futbol Federasiyası yerli hökumətlə fikir ayrılığı səbəbindən mayın 16-dan etibarən ölkədə keçirilən bütün turnirlərin qeyri-müəyyən müddətə dayandırılması barədə qərar qəbul edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, federasiyanı, xüsusilə idman tədbirlərinin televiziya vasitəsilə yayımlanma hüququnun satışı üzrə kollektiv müqavilələrlə bağlı qanunvericilik qane etmir.

Təşkilat bəyanatında bildirir ki, hökumət ilə üç gün aparılan danışıqlar bir nəticə verməyib.

Qurumun hesablamalarına görə, oyunların dayandırılması 600 midən çox futbolçu və İspaniya Kubokunun finalı da daxil olmaqla təqribən 30 min oyuna təsir edə bilər.

Bununla yanaşı bəyanatda qeyd olunur ki, Federasiya ölkə hakimiyyəti ilə dialoqu bərpa etməyə hazırdır. İspaniya hökumətinin nümayəndələri hələ ki, vəziyyəti şərh etmirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi