İspaniyada futbol matçı zamanı stadion uçub, xəsarət alanlar var - FOTO

İspaniyada futbol matçı zamanı stadion uçub, xəsarət alanlar var - FOTO Bakı. 30 sentyabr. REPORT.AZ/ İspaniya La Liqasında VII turun Eybar - Sevilya matçı zamanı Munisipal de İpurua stadionu uçub.
Futbol
30 Sentyabr , 2018 00:47
İspaniyada futbol matçı zamanı stadion uçub, xəsarət alanlar var - FOTO

Bakı. 30 sentyabr. REPORT.AZ/ İspaniya La Liqasında VII turun "Eybar" - "Sevilya" matçı zamanı "Munisipal de İpurua" stadionu uçub.

"Report"un "Marca"ya istinadən məlumatına görə, hadisə ikinci hissənin ortalarında baş verib. 

"Sevilya"nın futbolçusu Ever Baneqanın qolunun qeyd edildiyi vaxt Eybardakı arenada hasar qırılıb. Nəticədə "Sevilya" azarkeşləri meydana yıxılıblar. 

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlar tibbi yardım almaqdan ötrü xərəklə aparılıblar.

Qeyd edək ki, görüş "Sevilya"nın qələbəsi ilə yekunlaşıb - 3:1.

Son xəbərlər

Orphus sistemi