Bakı. 30 oktyabr. REPORT.AZ/ İspaniya Kral Futbol Federasiyasının (RFEF) vitse-prezidenti Andreu Subies Mülki Qvardiya tərəfindən saxlanılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, yerli KİV vitse-prezidentin və digər şübhəli şəxslərin antikorrupsiya istintaqı çərçivəsində saxlandıqlarını bildirib.
Saxlama A.Subiesin daha əvvəl rəhbərlik etdiyi Kataloniya Futbol Federasiyasının ofisində aparılan axtarışlardan sonra baş tutub.
İstintaqın versiyasına görə, RFEF-in sabiq prezidenti Anxel Mariya Vilyar qanunsuz olaraq seçkilərdə ona kömək edilməsi məqəsdilə regional federasiyaları maliyyələşdirib, A.Subies isə ona bu işdə yardım edən şəxs olub.