Yuxarı

İspaniyada daha bir klub məvacibləri azaltdı

İspaniyada daha bir klub məvacibləri azaltdı

İspaniyanın "Selta" klubu maaşların azaldılması ilə bağlı futbolçular və işçilərlə razılığa gəlib.

"Report" Viqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu addım koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranını yumşaltmaq məqsədilə atılıb.

Klubun açıqlamasında bildirilib ki, futbolçularla yanaşı, məşqçilərin, həkimlərin və rəhbərliyin də məvacibləri azaldılacaq. Məbləğlə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, İspaniya çempionatı qeyri-müəyyən tarixədək təxirə salınıb. Daha əvvəl "Barselona", "Atletiko" və "Real Madrid" klubları futbolçuların məvacibini azaldıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi