Yuxarı

İspaniya yığmasının qapıçısı 50 illik rekordu təzələyib

David de Xea 5-ci matçda qapısını toxunulmaz saxlayıb

Moskva. 18 iyun. REPORT.AZ/ Futbol üzrə İspaniya milli komandasının qapıçısı David de Xea Avropa çempionatlarında seçmə mərhələ də daxil olmaqla yeni rekorda imza atıb. "Report"un məlumatına görə, 26 yaşlı qolkiper yığmada ardıcıl 5-ci matçda qapısını toxunulmaz saxlayıb.

3:0 hesabı ilə qalib gəldikləri Türkiyə ilə görüşdən öncə o, Lüksemburq, Makedoniya, Ukrayna və Çexiya millilərinə də fərqlənmək imkanı verməyib.

Qeyd edək ki, əvvəlki rekord İngiltərə yığmasının qapıçısı Qordon Benksə məxsus olub. Onun qoruduğu qapıya 1966-cı ildə millidəki 4 rəsmi matçında qol vura bilməyiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi