İspaniya yığmasının mərkəz müdafiəçisi karyerasında 100-cü qolu vurub

İspaniya yığmasının mərkəz müdafiəçisi karyerasında 100-cü qolu vurub Bakı. 16 noyabr. REPORT.AZ/ İspaniya milli komandasının futbolçusu Serxio Ramos karyerasında 100-cü qolu vurub.
Futbol
16 Noyabr , 2018 09:50
İspaniya yığmasının mərkəz müdafiəçisi karyerasında 100-cü qolu vurub

Bakı. 16 noyabr. REPORT.AZ/ İspaniya milli komandasının futbolçusu Serxio Ramos karyerasında 100-cü qolu vurub.

"Report" xəbər verir ki, 32 yaşlı mərkəz müdafiəçisi buna Xorvatiyaya 2:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının V tur matçında nail olub. 78-ci dəqiqədə o, penaltini dəqiq yerinə yetirib. Bu, Ramosun penaltidən 17-ci qolu olub.

Digər tərəfdən, təcrübəli oyunçu İspaniya yığması tarixində ardıcıl dördüncü matçda qol vuran ilk müdafiəçi olub.

Qeyd edək ki, görüş Xorvatiyanın qələbəsi ilə yekunlaşıb - 3:2. 

Son xəbərlər

Orphus sistemi