İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 finalına vəsiqə qazanıb - VİDEO

İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 finalına vəsiqə qazanıb - VİDEO Bakı. 25 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında III turun daha iki oyunu keçirilib.
Futbol
25 İyun , 2018 23:59
İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 finalına vəsiqə qazanıb - VİDEO

Bakı. 25 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında III turun daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, "B" qrupunda İspaniya Mərakeş, Portuqaliya isə İranla qarşılaşıb.

Paralel keçən qarşılaşmalarda qollu bərabərlik qeydə alınıb və iki oyunun nəticəsinə görə İspaniya və Portuqaliya DÇ-2018-in 1/8 final mərhələsinə vəsiqə qazanıb. İran və Mərakeş yığmaları isə qrupda qalıb. Reqlamentə görə İspaniya "play-off" mərhələsində "A" qrupunun ikincisi Rusiya, Portuqaliya isə qrupda birinci yeri tutan Uruqvayla qarşılaşacaq.

DÇ-2018, final mərhələsi. B qrupu. III tur

İspaniya – Mərakeş - 2:2

Qollar: 0:1 – Butaib – 14, 1:1 – İsko – 19, 1:2 – Ən-Nəsiri – 81, 2:2 – Aspas – 90+1

İran – Portuqaliya - 1:1

Qollar: 0:1 – Kuarejma – 45, 1:1 – Ansarifard – 90+3 (pen)

Son xəbərlər

Orphus sistemi