Yuxarı

İspaniya millisi Rusiya ilə matçda uğursuzluğa son qoymağa çalışacaq

İspaniya millisi Rusiya ilə matçda uğursuzluğa son qoymağa çalışacaq

Bakı. 26 iyun. REPORT.AZ/ İspaniya milli komandası dünya çempionatının 1/8 finalında qarşılaşacağı Rusiya ilə oyunda uğursuzluğa son qoymağa çalışacaq.

"Report"un məlumatına görə, İspaniya dünya və Avropa çempionatları tarixində heç vaxt ev sahibi olan komandanı məğlub edə bilməyib. Onlar hər iki turnirdə ev sahibi ölkələr ilə 8 dəfə üz-üzə gəlib və hamısında uğursuzluğa düçar olub. Komanda son olaraq 2004-ci ildə Avropa çempionatının qrup mərhələsində Portuqaliyaya 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, İspaniya yığması DÇ-2018-in 1/8 finalında ev sahibi Rusiya ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 1-i Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi