İspaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib

İspaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib Bakı. 13 iyun. REPORT.AZ/ Real Madrid klubunun sabiq futbolçusu Fernando Yerro İspaniya milli komandasına baş məşqçi təyin olunub.
Futbol
13 İyun , 2018 16:06
İspaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Real Madrid" klubunun sabiq futbolçusu Fernando Yerro İspaniya milli komandasına baş məşqçi təyin olunub.

"Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis bu vəzifədə Xulen Lopetegini əvəzləyib. Lopetegi "kral klubu"nun sükanı arxasına keçdikdən sonra İspaniya Kral Futbol Federasiyası onunla 2020-ci ilədək olan müqaviləni pozub.

Yerro isə əvvəllər federasiyanın idman direktoru vəzifəsində çalışıb. Bu gün o, milli komanda ilə ilk məşqinə çıxıb.

Qeyd edək ki, İspaniya millisi Rusiyada keçiriləcək dünya çempionatında Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərakeşlə (25 iyun) eyni qrupda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi