İspaniya La Liqasını tərk edən ilk komandanın adı məlum olub - VİDEO

İspaniya La Liqasını tərk edən ilk komandanın adı məlum olub - VİDEO "Barselona" isə 100 qol həddini keçib
Futbol
27 Aprel , 2017 09:54
İspaniya La Liqasını tərk edən ilk komandanın adı məlum olub - VİDEO

Bakı. 27 aprel. REPORT.AZ/ "Osasuna" klubu İspaniya La Liqasını tərk edən ilk komanda olub.

"Report"un məlumatına görə, bu, Petar Vasilyeviçin baş məşqçi olduğu komanda "Barselona" ilə səfər matçında 1:7 hesabı ilə uduzmasından sonra müəyyənləşib. Hazırda "Osasuna" 34 oyundan 18 xalla 20-ci pillədədir. Bu klubun La Liqaya qayıdışı cəmi bir mövsüm çəkib.

"Barselona" isə Avropa komandaları arasında 100 qol həddini keçən ilk komanda olub. Hazırda Kataloniya komandasının aktivində 101 qol var.

Qeyd edək ki, 34 turdan sonra "Barsa" 78 xalla turnir cədvəlində liderdir. "Real Madrid" isə 33 oyundan eyni xalla ikinci pillədədir.  

Son xəbərlər

Orphus sistemi