İspaniya Kuboku: "Real" 1/4 finalın ilk oyununda məğlub olub - VİDEO

İspaniya Kuboku: "Real" 1/4 finalın ilk oyununda məğlub olub - VİDEO Görüş "Selta"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb
Futbol
19 Yanvar , 2017 02:58
İspaniya Kuboku: Real 1/4 finalın ilk oyununda məğlub olub - VİDEO

Bakı. 19 yanvar. REPORT.AZ/ Madridin "Real" klubu futbol üzrə İspaniya Kubokunun ¼ finalının ilk oyununda "Selta"ya 1:2 hesabı ilə məğlub olub.

"Report" xəbər verir ki, görüş Madrid şəhərindəki "Santyaqo Bernabeu" stadionunda keçirilib.

Qalib komandanın heyətində Yaqo Aspas (64-cü dəqiqə) və Honni Kastro (70) fərqləniblər. "Real"ın yeganə qolunu Marselo (69) vurub.

Cavab görüşü yanvarın 25-də "Selta"nın Viqo şəhərindəki "Balaidos" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi