Bakı. 20 yanvar. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya Kubokunun ¼ final mərhələsinin ilk oyununda "Real Sosyedad"ı 1:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, görüş San-Sebastyan şəhərinin "Anoeta" stadionunda keçirilib.
Matçda yeganə qolu 11 metrlik cərimə zərbəsindən Neymar vurub (21-ci dəqiqə).
Cavab görüşü yanvarın 26-da Barselonanın "Kamp Nou" stadionunda keçiriləcək.