Yuxarı

İspaniya klubunun prezidenti həbs olunub

İspaniya klubunun prezidenti həbs olunub

Bakı. 25 aprel. REPORT.AZ/ İspaniyanın "Las Palmas" klubunun prezidenti Migel Anxel Ramires saxtakarlığa görə həbs olunub.

"Report" xəbər verir ki, klub prezidenti bu gün səhər saatlarında Qran Kanariya hava limanında tutulub.

Biznesmen yerli polis orqanları tərəfindən saxlanılıb. O, 10 milyonlarla avro məbləğində maddi ziyana səbəb olan fırıldaqçılıq və dələduzluqda ittiham olunaraq saxlanılıb. Migel Anxel Ramires aprelin 26-da hakim qarşısında ifadə verəcək.

Qeyd edək ki, "Las Palmas" klubunun İspaniya La Liqasını tərk edəcəyi dəqiqləşib. Komanda 34 turdan sonra 21 xalla 19-cu pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi