İspaniya klubu "Xəzər Lənkəran"ı qane etməyən şərtlər irəli sürüb

İspaniya klubu "Xəzər Lənkəran"ı qane etməyən şərtlər irəli sürüb "Ovyedo" Elnur Cəfərovu havayı əldə etmək istəyir
Futbol
7 Mart , 2016 14:06
İspaniya klubu Xəzər Lənkəranı qane etməyən şərtlər irəli sürüb

Bakı. 7 mart. REPORT.AZ/ İspaniyanın "Ovyedo" klubu futbolçu Elnur Cəfərovu transfer etmək istəyilə "Xəzər Lənkəran"a məktub göndərib. "Report"un əldə etdiyi məlumata görə, "Ovyedo" "ağ-yaşıllar"ı qane etməyən şərtlər irəli sürüb. 

"Ovyedo" 19 yaşlı hücumçunu havayı əldə etmək istəyir. İspaniya təmsilçisi yalnız Cəfərovun oyunlara çıxa biləcəyi təqdirdə, Azərbaycan klubuna vəsait ödəmək niyyətindədir. Bu isə "Xəzər Lənkəran"ı qane etmir. Cənublilar nəinki bu transfer qarşılığında, hətta futbolçusunun "Ovyedo"dan başqa kluba keçəcəyi təqdirdə, onlara kompensasiya ödənilməsini istəyir. 

"Xəzər Lənkəran"ın mətbuat xidmətindən "Report"a verilən açıqlamada isə hazırda iki klub arasında danışıqların getdiyi bildirilib. Lakin təfərrüatlar barədə açıqlama verilməyib. 

Qeyd edək ki, "Xəzər Lənkəran" qışda transferə çıxardığı Elnur Cəfərova 30 min dollar qiymət qoyub. Bir müddət öncə Sloveniyanın "Domjale" klubu Samir Məsimovu "Neftçi"dən havayı alıb. Amma gənc hücumçu başqa kluba keçəcəyi təqdirdə, flaqmana kompensasiya ödənilməlidir. 

Son xəbərlər

Orphus sistemi