Yuxarı

İspaniya klubu türkiyəli futbolçunu transfer edib

Deportivo Emre Çolakla 3 illik müqavilə imzalayıb

Bakı. 28 may. REPORT.AZ/ İspaniyanın "Deportivo" klubu türkiyəli futbolçu Emre Çolakı heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Deportivo" türk futbolçu ilə 3 illik müqavilə imzalayıb. 

İspan klubu yarımmüdafiəçinin keçidi üçün heç bir transfer məbləği ödəməyib. Son mövsümü "Qalatasaray"da keçirən 25 yaşlı futbolçu İstanbul təmsilçisi ilə olan müqavilə müddəti başa çatıdığından azad agent kimi "Deportivo"ya keçib.

Qeyd edək ki, Emre Çolak 2015/2016 mövsümündə "Qalatasaray" forması ilə 30 matça çıxıb və 3 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi