İspaniya klubu türkiyəli futbolçunu transfer edib

İspaniya klubu türkiyəli futbolçunu transfer edib "Deportivo" Emre Çolakla 3 illik müqavilə imzalayıb
Futbol
28 May , 2016 13:56
İspaniya klubu türkiyəli futbolçunu transfer edib

Bakı. 28 may. REPORT.AZ/ İspaniyanın "Deportivo" klubu türkiyəli futbolçu Emre Çolakı heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Deportivo" türk futbolçu ilə 3 illik müqavilə imzalayıb. 

İspan klubu yarımmüdafiəçinin keçidi üçün heç bir transfer məbləği ödəməyib. Son mövsümü "Qalatasaray"da keçirən 25 yaşlı futbolçu İstanbul təmsilçisi ilə olan müqavilə müddəti başa çatıdığından azad agent kimi "Deportivo"ya keçib.

Qeyd edək ki, Emre Çolak 2015/2016 mövsümündə "Qalatasaray" forması ilə 30 matça çıxıb və 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi