İspaniya klubu “Qarabağ”ın futbolçusu ilə danışıqlara başlayıb

İspaniya klubu “Qarabağ”ın futbolçusu ilə danışıqlara başlayıb Təcrübəli oyunçunun Ağdam klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq
Futbol
6 İyun , 2018 09:08
İspaniya klubu “Qarabağ”ın futbolçusu ilə danışıqlara başlayıb

Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın “Las Palmas” klubu “Qarabağ”ın futbolçusu Dani Kintananı transfer etmək istəyir.

“Report” udlaspalmas.net saytına istinadən xəbər verir ki, artıq ada təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

Komandanın baş məşqçisi Manolo Ximenes ispaniyalı futbolçunu heyətdə görməkdə israrlıdır. Təcrübəli oyunçunun Ağdam klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. "Las Palmas" isə 2017-2018 mövsümündə 38 oyundan 22 xalla 19-cu yeri tutaraq, La Liqanı tərk edib. 

Qeyd edək ki, Dani Kintana 2015-ci ilin fevralından “Qarabağ”da çıxış edir. Azərbaycan klubu legioner oyunçuya yeni müqavilə təklif edib. Kintana karyerasına "Valensiya”nın əvəzedici komandasında başlayıb. İspaniyalı yarımmüdafiəçi vətənində "Pusol”, "Ontenyente”, "Alsiru”, "Rasinq”, "Urakan”, "Olimpik” və "Ximnastik” klublarında da çıxış edib. O, Polşanın “Yagelloniya” və Səudiyyə Ərəbistanının “Əl Əhli” komandalarında da oynayıb.

Son xəbərlər

Orphus sistemi