Yuxarı

İspaniya klubu həbsdə olan sabiq futbolçusu ilə müqavilə imzalayıb

Futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 29 avqust. REPORT.AZ/ İspaniyanın "Real Aviles" klubu həbsdə olan sabiq futbolçusu Aleks Ariasla müqavilə imzalayıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, bu gün 27 yaşlı futbolçunun təqdimat mərasimi keçirilib.

Mərasim komandanın stadionunda baş tutub. Anlaşmaya əsasən, həbsdə olan futbolçu yalnız məşq və oyun vaxtı komandanın düşərgəsinə qoşulacaq. 

Qeyd edək ki, Arias 2015-ci ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirkar bilinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi