Yuxarı
    Bağlamaq

    İspaniya klubu dopinq aşkarlanan futbolçu ilə müqaviləni dondurub

    İkinci testdən sonra qərar veriləcək

    Bakı. 26 avqust. REPORT.AZ/ İspaniya La Liqasında çıxış edən "Qranada" futbol klubu bir futbolçusu ilə müqaviləni dondurub.

    "Report"un məlumatına görə, yeni transfer Joze Anqulodan dopinq aşkarlandığı bildirilib.

    Bu barədə ispaniya klubuna Cənubi Amerika Futbol Konfederasiyası məktub göndərib. Məktubda dopinqin 21 yaşlı futbolçunun "İndependiente"nin heyətində Libertadores Kubokunda çıxış edən zaman aşkarlandığı yazılıb. Qranada şəhərinin mətbuatı futbolçudan dopinq aşkarlanmasını onun kokaindən istifadə etməsi ilə əlaqələndirib.

    Klub futbolçunu ikinci dəfə dopinq testdən keçirəcək və bundan sonra qərar veriləcək.

    Qeyd edək ki, bir müddət əvvəl "Qranada" Anqulo ilə 5 illik müqavilə imzalayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi