Yuxarı

İspaniya klubu baş məşqçisinin müqaviləsini ləğv edib

İspaniya klubu baş məşqçisinin müqaviləsini ləğv etdi

Bakı. 26 dekabr. REPORT.AZ/ İspaniyanın "Real Sosyedad" klubu baş məşqçisi Asyer Qaritano ilə yollarını ayırıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin müqaviləsi ləğv olunub.

Onu bu postda kimin əvəzləyəcəyi ilə bağlı məlumat verilməyib. Asyer Qaritano may ayından komandaya rəhbərlik edirdi. Onun klubla müqaviləsi 2021-ci il iyun ayının 30-na qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, "Real Sosyedad" La Liqada 17 turdan sonra 19 xalla 15-ci pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi