Yuxarı
    Bağlamaq

    İspaniya klubu baş məşqçi ilə müqavilə müddətini azaldıb

    46 yaşlı mütəxəssisin müqaviləsi 2018-ci ildə bitəcək

    Bakı. 15 sentyabr. REPORT.AZ/ İspaniyanın "Atletiko" futbol klubu baş məşqçi Dieqo Simeone ilə müqavilə müddətini azaldıb. "Report"un AS-a istinadən verdiyi məlumata görə, argentinalı mütəxəssis Madrid klubunda 2018-ci ilə qədər işləyəcək.

    Əvvəlki anlaşmaya əsasən, Simeone 2020-ci ilə qədər "Atletiko"da qalmalı idi. Üstəlik, bu müqavilə ilə klub baş məşqçiyə daha çox əməkhaqqı ödəmə öhdəliyi götürüb.

    Yerli mətbuat mövsümün əvvəlində 46 yaşlı baş məşqçinin komandadan getmək istədiyini, lakin son anda madridlilərlə işləməyə razılıq verdiyini bildirib.

    Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"da çalışır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi