Bakı. 20 iyul. REPORT.AZ/ İspaniya çempionatının I divizonunda çıxış edən “Alkorkon” klubu Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilovla yollarını ayıracaq.
“Report” “Marca”ya istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Onunla yanaşı hücumçusu Asdrubal Padron da komandadan göndəriləcək.
Hər iki futbolçunun klubla 2020-ci ilə qədər müqaviləsi olsa da, onlarla sözləşmələrinə xitam verilmək üçün danışıq aparılacaq.
Qeyd edək ki, İsrafilov bu ilin yanvarında “Ximnastik”də “Alkorkon”a keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. Atası anqolalı, anası azərbaycanlı olan forvard 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb. Eddinin hazırlıq səviyyəsi yaxşı olmadığına görə yığmanın son oyunlarına çağırılmayıb.