Yuxarı
    Bağlamaq

    ​İspaniya klubu AFFA-ya pul ödəyəcək

    Elxan Məmmədov: Futbolçu əsas heyətə düşəndən sonra pul ödəyəcəklər

    Bakı. 18 aprel. REPORT.AZ/ "Xəzər Lənkəran"ın futbolçusu Elnur Cəfərovun İspaniyanın "Real Ovyedo"ya transferi üçün lazım olan 30 min manat AFFA tərəfindən ödənilib. Hazırda klubdan cavab gözləyirik". Bunu "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

    19 yaşlı futbolçunun gələcək karyerası, İspaniyada çıxışı haqda danışan baş katib klubun ödəyəcəyi transfer məbləğinin AFFA-nın hesabına köçürüləcəyini söyləyib: "Real Ovyedo" bildirib ki, indi yox, futbolçu əsas heyətə düşəndən sonra pul ödəyəcəklər. Düşündük ki, niyə də dəstək olmayaq? Bu halda həm gənc futbolçuya, həm də "Xəzər Lənkəran"a dəstək oluruq. Elnur əsas heyətə düşsə, klubun ödəyəcəyi transfer məbləği AFFA-ya köçürüləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi