İspaniya KİV: "Qalatasaray" Arda Turanı icarəyə götürüb

İspaniya KİV: "Qalatasaray" Arda Turanı icarəyə götürüb 30 yaşlı yarımmüdafiəçisi Türkiyə klubunda iki il icarə əsasında çıxış edəcək
Futbol
8 Sentyabr , 2017 09:29
İspaniya KİV: Qalatasaray Arda Turanı icarəyə götürüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin “Qalatasaray” klubu İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanı icarəyə götürüb.

“Report” Kataloniyanın RAC 1 radiosuna istinadən xəbər verir ki, Türkiyə yığmasının 30 yaşlı yarımmüdafiəçisi 2 il icarə əsasında İstanbul komandasının formasını geyinəcək.

Daha əvvəl "Barselona"nın baş Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan Turanın xidmətində maraqlı olmadığını açıqlayıb.

Qeyd edək ki, Arda Turan “Qalatasaray”ın yetirməsidir. O, 2004 - 2011-ci illərdə İstanbul nəhənginin formasını geyinib. Türkiyə millisinin üzvü 2015-ci ildə 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçib. Təcrübəli yarımmüdafiəçi Kataloniya komandasının heyətində 36 oyuna 5 qol vurub.

Son xəbərlər

Orphus sistemi