İspaniya çempionatında daha bir baş məşqçi istefaya göndərilib

İspaniya çempionatında daha bir baş məşqçi istefaya göndərilib "Betis" Pepe Mellə vidalaşıb
Futbol
11 Yanvar , 2016 09:19
İspaniya çempionatında daha bir baş məşqçi istefaya göndərilib

Bakı. 11 yanvar. REPORT.AZ/ İspaniyanın "Betis" futbol klubunun rəhbərliyi Pepe Meli baş məşqçi postundan istefaya göndərib. "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışları səbəb olub. 

52 yaşlı mütəxəssis 2014-cü ilin dekabrından rəhbərlik etdiyi komandanı Primeraya çıxarıb. Amma hazırda "Betis" 19 oyundan 20 xalla 15-ci pillədə qərarlaşıb. Meli kimin əvəzləyəcəyi hələ bilinmir. 

Qeyd edək ki, "Betis" növbəti matçını yanvarın 13-də İspaniya Kubokunun 1/8 finalında "Sevilya"ya qarşı keçirəcək. Daha öncə "Real Madrid" Rafael Benitesi istefaya göndərərək, onu Zinəddin Zidanla əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi