İspaniya çempionatında baş məşqçi oyundan sonra xəstəxanaya yerləşdirilib

İspaniya çempionatında baş məşqçi oyundan sonra xəstəxanaya yerləşdirilib "Osasuna"nın məşqçisi Enrike Martin matçın əvvəlində özünü pis hiss edib
Futbol
3 Oktyabr , 2016 05:00
İspaniya çempionatında baş məşqçi oyundan sonra xəstəxanaya yerləşdirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ İspaniyanın "Osasuna" futbol klubunun baş məşqçisi Enrike Martin La-Liqada "Las-Palmas"la keçirilən oyundan (2:2) sonra xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Altımış yaşlı mütəxəssis oyunun əvvəlində özünü pis hiss edib. Onun gözlənilmədən arterial təzyiqi artıb, lakin komandanın həkimləri məşqçiyə lazımi yardımı göstərə biliblər. Oyundan sonra ispaniyalı mütəxəssis xəstəxanaya yerləşdirilib və orada müayinədən keçdikdən sonra evə buraxılıb.

Martin "Osasuna" 2015-ci ilin may ayında baş məşqçi təyin olunub və komandanı İspaniyanın güclü divizionuna çıxarmağı bacarıb. Hazırda onun klubu ölkə çempionatında 3 xal ilə 19-cu yeri tutur.

Son xəbərlər

Orphus sistemi