Yuxarı
    Bağlamaq

    ​İspaniya çempionatı: "Real" xal itirib, "Barselona" qalib gəlib - VİDEO

    Katalon klubu sona 2 tur qalmış ən yaxın izləyicisindən 4 xal irəlidədir

    Bakı. 10 may. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının 36-cı turunda "Real" "Santyaqo Bernabeu" stadionunda "Valensiya"nı qəbul edib və görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

    "Report" xəbər verir ki, Pako Alkaser və Xavi Fueqo görüşün 26-cı dəqiqəsinədək "yarasalar"ı hesabda 2:0 önə çıxarıblar.

    Lakin matçın 56-cı dəqiqəsində "Kral klubu" özünə gələrək Pepenin ifasında qollardan birinin əvəzini çıxa bilib. Görüşün sonlarına yaxın isə İsko komandasını məğlubiyyətdən xilas edib.

    Birinci yerdə qərarlaşan "Barselona" doğma meydanda "Real Sosedad"ı 2:0 hesabı ilə məğlub edib.

    Hazırda Katalon klubu sona iki tur qalmış ən yaxın izləyicisi "Real"dan 4 xal irəlidədir. "Atletiko" və "Valensiya" klubları isə 3 və 4-cü yerləri bölüşürlər.

    İspaniya Primyerası. 36-cı tur

    "Eybar" – "Espanyol" - 0:2

    Qollar: Qarsiya, 29 (0:1), Stuani, 60 (0:2)

    "Qranada" – "Kordoba" - 2:0

    Qollar: Mayns, 45 (1:0), El-Arabi, 69 pen. (2:0)

    "Barselona" – "Real Sosedad" - 2:0

    Qollar: Neymar, 51 (1:0), Pedro, 85 (2:0)

    "Real" – "Valensiya" - 2:2

    Qollar: Alkaser,19 (0:1), Fueqo, 26 (0:2), Pepe,56 (1:2), İsko, 84 (2:2)

    "Atletik" – "Deportivo" 1:1

    Qollar: Aduris,14 (1:0), Lopo, 90 (1:1)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi