İspaniya çempionatı: "Atletiko" "Selta"nı darmadağın edib - VİDEO

İspaniya çempionatı: "Atletiko" "Selta"nı darmadağın edib - VİDEO Oyun gününün mərkəzi matçında madridlilər 3:0 hesabı ilə qələbə qazanıblar
Futbol
12 Mart , 2018 07:39
İspaniya çempionatı: Atletiko Seltanı darmadağın edib - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatında 28-ci turun növbəti oyunları keçirilib.

“Report” xəbər verir ki, turun ikinci oyun gününün mərkəzi matçında "Atletiko" "Selta"nı darmadağın edib.

Görüş Madridin "Vanda Metropolitano" stadionunda keçirilib və 3:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Oyunda birinci qolun müəllifi Antuan Qrizmann olub. O, 44-cü dəqiqədə fərqlənib. İkinci hissədə "Selta"nın qapıçısını əvvəlcə yarımmüdafiəçi Vitolo, ardınca isə hücumçu Anhel Korrea məyus edib.

"Atletiko" bu qələbə sayəsində xallarının sayını 64-ə çatdırıb və Primeronun turnir cədvəlində ikinci yerdə qərarlaşıb. "Selta" 38 xalla 9-cudur.

Tura bu gün keçiriləcək "Alaves" - "Betis" oyunu ilə yekun vurulacaq.

La Liqa. 28-ci tur

"Jirona" — "Deportivo" - 2:0

Qollar: Stuani, 21, Huanpe, 57

"Eybar" — "Real" - 1:2

Qollar: Ramis, 50 — Ronaldu, 34, 84

"Sevilya" — "Valensiya" - 0:2

Qol: Rodriqo Moreno, 25, 68

"Xetafe" – "Levante" - 0:1

Qol: Koke, 79

"Malaqa" — "Barselona" - 0:2

Qollar: Suares, 15, Koutinyo, 27

"Espanyol" – "Real Sosyedad" - 2:1

Qollar: Baptistao, 51, Moreno, 72 — Villian Joze, 41

"Atletik" – "Leqanes" - 2:0

Qollar: Raul Qarsiya, 10, 17

"Atletiko" – "Selta" - 3:0

Qollar: Qrizmann, 44, Vitolo, 56, Korrea, 63


"Las-Palmas" – "Vilyarreal" - 0:2

Qollar: Bakka, 67, Sansone, 90

Son xəbərlər

Orphus sistemi